İsrail İranın hərbi bazasını bombaladı

İsrailin hərbi təyyarələri İranın Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi bazasını bombalayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin “Haaretz” qəzeti yayıb. Məlumata görə, İranın Dəməşqin 13 kilometrliyində yerləşən Əl-Kisva hərbi bazasını bombalayan İsrail hərbi təyyarələri Livanın hava məkanından istifadə ediblər. Qeyd olunur ki, bombardmandan sonra ərazidə güclü partlayış səsləri eşidilib. Suriya İnsan Haqları Evinin Londonda yerləşən qərargahından verilən məlumata əsasən, hava hücumundan sonra Dəməşq və ətraf ərazilərdə elektirk enerjisi kəsilib. Suriyanın hava hücumundan müdafiə qüvvələri öz növbələrində İsrail hərbi təyyarələrinə atəş açıblar. Maraqlıdır ki, bombardmandan sonra nə Suriya, nə İran, nə də İsrail rəsmiləri bu hadisəyə münasibət bildirməyiblər.

İranın Əl-Kisvada hərbi baza qurması haqda məlumatı bir müddət əvvəl BBC yaymışdı.

COP29