İsrail karantin rejimindən mərhələli çıxışa başlayır

İsraildə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimindən mərhələli çıxış başlayır.

Yenicag.az-ın “REN TV”yə istinadən verdiyi məlumata görə, bunu milli televiziyanın efirində ölkənin baş naziri Benyamin Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, vətəndaşların təxminən 30 faizi işləyə biləcək: “Ticarət mərkəzlərində yerləşməyən elektronika, məişət əşyaları, eynək, kompüter avadanlıqları, kitab satan mağazalar açılacaq”.

B.Netanyahu açıq məkanlarda ibadət qadağasının ləğv olunacağını da bildirib.

Həmçinin baş nazir bildirib ki, ictimai nəqliyyatın hərəkəti, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil sistemində dərslər, uşaq bağçalarının işi bərpa ediləcək.

Qeyd edək ki, İsraildə koronavirusa 13 265 nəfər yoluxub, 164 nəfər isə koronavirusdan ölüb.

COP29