!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İsrail knessetinin qərarından örnək götürsünlər" - Doğu Perincək

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, İsrail knesseti “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar layihəsini təsdiqləməyib.

Türkiyənin soyqırım törətmədiyini AİHM-də sübuta yetirən “Vatan” Partiyasının lideri Doğu Perincək İsrail parlamentinin “erməni soyqırımı”nı tanımamasını Yenicag.az-a şərh edib.

“İnsan Hüquqları Məhkəməsi 17 dekabr 2013-cü il tarixli qərarı ilə 1915-ci il hadisələrinin yəhudi soyqırımına bənzər şəkildə tanımayacağını bildirmişdi. Böyük Palatanın 28 yanvar 2015-ci il tarixli qərarında da eyni məsələ bir daha vurğulanmışdı. Biz hər zaman bunu söylədik və bundan sonra da söyləyəcəyik:

“1915-ci il hadisələri qətiyyən soyqırım olmadığı üçün onu II Dünya Müharibəsi zamanı baş vermiş yəhudi soyqırımı ilə eyniləşdirmək hüquqa və məntiqə sığmaz. İsrail parlamentinin mütləq çoxluğu da uzaqgörənlik etdi. “Erməni soyqırımı” qərar layihəsinin əleyhinə səs verən deputatları təbrik etmək lazımdır, çünki onlar Avropa İnsan Hüquqları məhkəməsinin qərarını diqqətlə nəzərdən keçiriblər. Ümid edirəm ki, knessetin bu qərarı bir örnək olacaq və bu, digər ölkələrin parlamentlərinin də doğru qərar verməsinə səbəb olacaq”.

Perincək, həmçinin erməni terrorçularının 26 fevral 1992-ci ildə Xocalıda törətdiyi soyqırım barədə də danışıb:

“Söhbət soyqırımdan gedirsə, türklərə qarşı törədilmiş soyqırımlardan da danışmalıyıq. Bunun da ən bariz nümunəsi kameraların kadrlarına həkk olunmuş Xocalı qətliamıdır. AİHM və İsrail parlamentinin qərarları dünyaya həqiqi soyqırım olan Xocalı faciəsini tanıtmağımıza kömək edəcək. Xocalı soyqırımının 26-cı ildönümündən bir az əvvəl erməni separatçılarına səslənirəm: imperializmin aləti olmağı bir kənara qoyub, işğal etdiyiniz Azərbaycan torpaqlarından dərhal çıxın! Əks təqdirdə, onları məğlubiyyətə uğradacağımızdan əmin olsunlar”.

www.yenicag.az

1588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv