İsrail lazer sistemini sınaqdan keçirdi

İsrail Müdafiə Nazirliyi və “Rafael” şirkəti raket və PUA-ları yaxalayan lazer sisteminin uğurlu sınağını keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail MN məlumat yayıb.

“PUA, minaatan mərmisi, raket və tank əleyhinə raket uğurla məhv edilib”, – deyə bildirilib.

Müdafiə naziri Benni Qantz lazer raketdən müdafiə sisteminin ilk uğurlu sınaqlarını qlobal sıçrayış adlandırıb:

“İndi məqsədimiz sistemi mümkün qədər tez işə salmaqdır. Bu bizi effektiv, qənaətcil və innovativ mühafizə vasitələri ilə təmin edəcək”, – Qantz bildirib.