Livan və İsrail arasında atəşkəs bu gün elan edilə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Livanın “An-Nahar” qəzeti parlamentdəki mənbəyə istinadən yazıb.
“Atəşkəs 36 saat ərzində elan olunacaq”, – deyə İsrail rəsmiləri də qeyd edib.
İsrailin Livandakı “Hizbullah” hərəkatı ilə atəşkəsə razılaşdığı və bunu Baş nazir Binyamin Netanyahunun da dəstəklədiyi bildirilib. /unikal