Xəbər verdiyimiz kimi, İsrail Livana kiberhücum həyata keçirib. Nəticədə, İran səfiri də daxil olmaqla, 3000-ə yaxın insan yaralanıb, 10-a yaxın şəxs isə ölüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İsrail kiberhücumu çağrı cihazlarına (peycer) edib.
Peycer nədir?
Peycer məlumat göndərmək üçün mobil rabitə cihazıdır. Mobil telefondan fərqli olaraq peycerdə məlumatı yalnız yazılı mətn şəklində göndərmək mümkündür.
İsrail hücumu necə həyata keçirib?
İlkin məlumata görə, İsrailin kiberhücumu nəticəsində istifadəçilərin çağrı cihazlarına siqnal göndərilib. Bəzi cihazlar istifadəçilərin əlində partlayıb, bir çoxu isə siqnal səsindən dərhal sonra.
Livanda yaşanan bu hadisə mobil cihazların hər an silaha çevrilə biləcəyini təsdiq edib.
www.yenicag.az