İsrail Livandan sonra daha bir ölkəyə hücum etdi – Ölənlər var

Fələstində və Livanda hücumlarını davam etdirən İsrail hədəfini şimala doğru genişləndirir.

Yenicag.az xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi SANA bu gün İsrailin Dəməşq çölündə Suriya-Livan sərhədində bir hərbi bölgəni hədəf alan hücumunda 5 suriyalı əsgərin həlak olduğunu açıqlayıb.

Oktyabrın 8-dən “Hizbullah”la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı, Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Artan hava hücumlarında 748 nəfər həlak olub, təxminən 150 min insan bombardman nəticəsində ölkə daxilində didərgin düşüb.

Hücum İsrail ordusunun ““Hizbullah”ın Suriyadan Livandakı qruplaşmaya silah ötürmək üçün istifadə etdiyi Suriya-Livan sərhədi boyunca infrastruktura” zərbə vurduğunu deməsindən bir gün sonra baş verib.

İsrailin müdafiə naziri son günlər raket hücumlarına məruz qalan Safed şəhərinə səfəri zamanı İsrailin “Hizbullah”a qarşı hücumlarını artıracağını bəyan edib.

İsmayıl Bakuvi

COP29