İsrail Livanla sərhəddə yerləşən ərazini qapalı hərbi zona elan etdi

İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misqav-Ama və Kfar-Qiladi əraziləri qapalı hərbi zona elan edilib. Bu əraziyə giriş qadağandır”, – deyə bildirilb.

Məlumata əsasən, qərar İsrailin Livan ərazisində mümkün quru əməliyyatı gözləntiləri fonunda açıqlanıb./Trend/

COP29