İsrail millisi ev matçlarını bu ölkədə keçirəcək

İsrailin futbol üzrə milli komandası AVRO-2024-ün seçmə turniri oyunlarını Macarıstanın Felçsut şəhərində keçirəcək.

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsveçrə yığması ilə görüş noyabrın 15-də, Rumıniya yığması ilə görüş isə noyabrın 18-də baş tutacaq. Oyunlar tamaşaçıların iştirakı ilə keçiriləcək.