İsrail Müdafiə Ordusu: “HƏMAS-ın hücumu bizim üçün sürpriz oldu”

“HƏMAS-ın hücumu bizim üçün sürpriz oldu”.

Yenicag.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun sözçüsü Maşa Mişelson “Ukrinform”a müsahibəsində deyib.

O bildirib ki, hücumun şənbə günü səhər olacağı gözlənilmirdi: “Təhlükəsizlik qüvvələrinin yanlış hesablamaları barədə təhlükəsizlik tam təmin olunduqdan sonra məşğul olacağıq. Səlahiyyətli şəxslər o zaman vətəndaşlara hesabat verəcəklər”.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.