Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə, İsrail rəhbərliyinin ölkənin şimalını uçuşlara bağladığı bildirilib.
Yenicag.az xəbər verir ki, ölkənin şimalındakı Hadera şəhərdə uçuşlar dayandırılıb.
Qadağanın 24 saat ərzində həyata keçiriləcəyi və bölgədəki yollarda heç bir məhdudiyyətin olmadığı qeyd edilib.
İsrail ordusu ötən gün isə Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlamışdı./unikal