Qəzza zolağında HƏMAS-ın “maliyyəçi”si məhv edilib.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın əsas “maliyyəçi”lərindən” biri olan Sübhi Fervananı məhv edib.
O, qardaşı ilə birlikdə şirkəti vasitəsilə sektorda HƏMAS-ın hərbi qanadına on milyonlarla dolların köçürülməsində iştirak edib.
Xuraman Etibarlı