İsrail ordusu cümə günü Qəzzanın cənubunda və mərkəzi hissəsində əvvəllər humanitar təhlükəsiz zona olaraq təyin edilmiş ərazilərin HƏMAS tərəfindən İsrailə doğru minaatan və raketlər atmaq üçün baza kimi istifadə edildiyini bildirərək yenidən boşaldılması əmrini verib.
Yenicag.az xəbər verir ki, bu barədə “The Arab News” nəşri məlumat yayıb.
Bildirilib ki, on minlərlə insanın Qəzzanın digər bölgələrində döyüşlərdən sığınacaq axtardığı Xan Yunis şəhərinin şimalında və Deyr Əl-Balahın şərq hissəsində xəbərdarlıq flayerləri və mətn mesajları göndərilib.
Hərbçilərin bəyanatında deyilir: “Mülki əhaliyə qarşı qabaqcadan xəbərdarlıq onlara dəyən zərəri azaltmaq və mülki şəxslərin döyüş bölgəsindən uzaqlaşmasına şərait yaratmaq üçün edilir”.
Xatırladaq ki, daha əvvəl hərbçilər dünən Xan Yunisdə Kissufimin icmasına raketlərin atıldığı ərazini vurduğunu və partlayıcı maddələr də daxil olmaqla silahlar tapdığını bildirib.
Son təxliyə xəbərdarlığı Qəzzadakı döyüşləri dayandırmaq və israilli və xarici girovları evlərinə qaytarmaq üçün Dohada danışıqların ikinci günündə görüşəcəkləri vaxt ortaya çıxıb.
Oktyabrın 7-də HƏMAS-ın rəhbərlik etdiyi İsrailə hücumundan sonra İsrailin Qəzzada başlatdığı kampaniyanın başlamasından bəri Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyəti dəfələrlə köçkün düşüb. İsrailin hücumları nəticəsində ölənlərin sayı isə 40 min nəfəri keçib.
İsrail HƏMAS və digər silahlı qrupları qəsdən döyüşçüləri mülki ərazilərdə yerləşdirməkdə ittiham edir, HƏMAS isə bu ittihamı rədd edir. HƏMAS kiçik döyüşçü qrupları tərəfindən partizan müharibəsi taktikasına keçdiyi üçün döyüşlər daha dağınıq və daha az təşkil olunub.
Rafi Müslümov