İsrail prezidenti Bakıya gəlir

İsrail Prezidenti İshaq Hersoq Bakıya gələcək.

Yenicag.az xəbər verir ki, o bu barədə Azərbaycanın Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə məktubunda qeyd edib.

“Fürsətdən istifadə edərək, COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm”, – Hersoq bildirib.

Qeyd edək ki, COP29 Bakıda 11-22 noyabr tarixlərində keçiriləcək.

COP29