İsrail prezidentindən Ərdoğana başsağlığı

reuven_rivlin_1006141471868782İsrail Prezidenti Reuven Rivlin Qaziantep vilayətində toy zamanı törədilmiş terror aktına görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın kədərinə şərik olub.

R.Rivlin məktubda İsrail xalqı və öz adından Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, avqustun 20-də törədilmiş terror aktında 54 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.