!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail prezidentindən İlham Əliyevə təbrik

!Reklam – Yazi

İsrailin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-aliləri.

İsrail Dövləti adından Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik etmək mənim üçün şərəfdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu və 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası Sizin xalqınızın bu demokratik ənənəni davam etdirməsinə imkan yaratdı.

Biz Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da genişləndirmək üçün gələcək illərdə də Sizinlə əməkdaşlığa ümid edirəm”.

www.yenicag.az

2151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv