!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsrail Prezidentinin Bakıda verdiyi mesajların Tehranda yaratdığı əks-səda...” – ŞƏRH

!Reklam – Yazi

“Hersoqun “Azərbaycanın bayrağı İsrailin, İsrailin də bayrağı Azərbaycanındır” sözləri molla rejimini lap özündən çıxarıb.”.

Bu fikirləri İsrail Prezidenti İshaq Hersoqun Bakıya səfərinin İranda doğurduğu reaksiyalar haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrail prezidentinin Bakıya gəlişi və keçirilən yüksək səviyyəli görüşlər molla rejimini xeyli qıcıqlandırıb:

“Məlumdur ki, İran rejimi xalqın diqqətini daxili problemlərdən yayındırmaq üçün Qərb dövlətləri, ABŞ, İsrail və başqa ölkələrin timsalında xəyali düşmənlər yaradaraq öz aləmində onlarla “mübarizə” aparır. Orada son qırx ildə yürüdülən siyasət məhz bu prinsipə əsaslanır.

İranın düşmən elan etdiyi ölkələr sırasında İsrail xüsusi yer tutur. O baxımdan, Azərbaycanla da münasibətlərin kəskinləşdirildiyi dönəmdə Hersoqun Bakıya səfər etməsi rejimi özündən çıxarıb. Yəni gözləniləndən kənar heç nə yoxdur. İranın rəsmiləri və rejimə xidmət edən media orqanlarında İsrail prezidentinin Bakı səfəri, yumşaq desək, tənqid olunur.

Hersoqun “Azərbaycanın bayrağı İsrailin, İsrailin də bayrağı Azərbaycanın bayrağıdır” sözləri molla rejimini lap özündən çıxarıb. Onun bu fikrinə daha çox diqqət yetirirlər. O cümlədən bu səfərin region üçün “yeni təhlükə”lərə yol açdığını da iddia etməkdədirlər.

Ümumiyyətlə, İsrail prezidentinin Bakıda verdiyi mesajların Tehranda yaratdığı əks-səda həm də onların psixoloji durumunu ortaya qoyur. Görünən budur ki, İran rejimi vəziyyətinin ağırlığını dərk edir və İsrail prezidentinin Bakıya səfərini də özü üçün əlavə təhdid sayır. Onların aqonik reaksiyaları məhz bundan qaynaqlanır”.

A.Zeynalov

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv