İsrailin Azərbaycandakı səfiri Corc Dik Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanların ailələrinə başsağlığı verib.
Yenicag.az xəbər verir ki, bu barədə səfirin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin bu gün qəzaya uğraması xəbəri bizi sarsıtdı və dərindən kədərləndirdi. Sağ qalanların sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə səmimi qəlbdən başsağlığı veririk. İsrail səfirliyi müvafiq qurumlarla təmasdadır və biz hər cür lazımi yardım göstərməyə hazırıq. Həlak olanların ruhu şad olsun”, – səfir qeyd edib.