İsrail Qəzzada quru əməliyyatına başlamamasının səbəbini AÇIQLADI

İsrail Baydenin səfəri bitənə qədər Qəzza zolağında quru əməliyyatına başlamayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə  İsrail Dövlət Radiosu Kan Bet məlumat yayıb.

Bildirilir ki, Qəzzada quru əməliyyatı Baydenin səfərinə görə təxirə salınıb.

Dövlət Radiosu bunun hava şəraiti ilə bağlı olduğu ehtimalını təkzib edib: “Azacıq yağış yağıb, bunun heç bir təsiri yoxdur.

Gecikmənin əsas səbəbi ABŞ prezidentinin oktyabrın 18-də İsrailə gözlənilən səfəridir”.

Xuraman Etibarlı