İsrail Qəzzada uşaq xəstəxanasını BOMBALADI

İsrail qırıcıları Qəzzadakı əl-Rentis Uşaq Xəstəxanasını bombalayıb.  

Yenicag.az xəbər verir ki,  bu barədə  Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədər məlumat yayıb.

 

O əlavə edib ki, hücumdan sonra xəstəxanada böyük yanğın baş verib. Hücum nəticəsində ölən və ya yaralananların dəqiq sayı barədə məlumat verilmir.