İsrail Qəzzanı tamamilə mühasirəyə aldı

İsrail Qəzza sektorunu tamamilə blokadaya alıb. 

Yenicag.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Adri bildirib.

O əlavə edib ki, İsrail hərbçiləri anklavda hərbi əməliyyat çərçivəsində yeni addımlara hazırlaşmağa davam edir: “İsrail Qəzzada yerüstü əməliyyatı öz seçdiyi vaxtda başlamağa hazırdır və məqsədinə çatana qədər davam edəcək”.