İsrail qırıcıları atəşə tutuldu- Suriyada

İsrail hərbi təyyarələri raket atəşinə tutulub.

Atəş Suriya ərazisindən açılıb. Bundan qısa müddət əvvəl İsrail Suriya ərazilərinə hücum edib.

Əldə olunan məlumata görə, İsrail tərəfdən itki yoxdur. Raketlərdən biri ölkənin raket əleyhinə müdafiə sistemi tərəfindən vurulub.

Xatırladaq ki, Suriya ilə İsrail arasında münasibətlər mübahisəli ərazi ilə bağlı gərgin olaraq qalır. Belə ki, hər iki ölkə Colan (və ya Qolan) yüksəkliklərini öz ərazisi sayır. 1967-ci ildə altıgünlük müharibə zamanı İsrail ərazini nəzarəti altına alıb.

Yeniçağ.az