İsrail Qüdslə bağlı qətnaməni qəbul etmədi, Tramp hədələdi

İsrail BMT-nin Qüdslə bağlı qətnaməsini qəbul etməyib.

Yenicag.az xəbər verir ki, bu ölkənin baş naziri Binyamin Netanyahu sənədə etirazını bildirib.

“Qərarı rədd edirik”, – deyə beynəlxalq təşkilatın qətnaməsi ilə razılaşmayan Netanahu, ABŞ prezidenti Donald Trampa da verdiyi dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, bu gün BMT-nin Baş Assambleyasının təcili iclasında sözügedən sənədin səsverməsi zamanı ABŞ da daxil olmaqla, bir neçə ölkə qətnamənin əleyhinə səs verib.

Tramp bildirib ki, onun ölkəsi BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə malliyyə yardımını dayandıracaq.

COP29