İsrail səfirliyinin əməkdaşları Lapşinlə görüşüb

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşlığını daşıdığı İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.

Yeniçağ.az