İsrail SEPAH müşavirini öldürdü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri İsrailin hücumu nəticəsində Suriyada öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, İsrailin Dəməşq ətrafına hücumu nəticəsində SEPAH-ın Suriyadakı baş müşavirlərindən biri Seyidrazi Musəvi bir neçə saat əvvəl ölüb.

Qeyd edilib ki, Seyidrazi Musəvi SEPAH-ın Suriyadakı ən yaşlı müşavirlərindən olub./Trend/