İsrail Suriyanın “Sukhoi” hərbi təyyarəsini vurub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.
Təyyarənin İsrailin hava məkanını pozaraq, ölkənin daxilinə doğru 2 kilometr məsafədə irəlilədiyi bildirilib. Bundan sonra təyyarəyə 2 “Patriot” raketi atılıb.
Təyyarənin Suriya ərazisinə düşdüyü ehtimal edilir. Pilotun vəziyyəti barədə məlumat yoxdur.
Qeyd edək ki, hələlik rəsmi Dəməşq yayılan məlumatı şərh etməyib.