!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail-Suriya qarşıdurması kəskinləşə bilər? - Ekspert rəyi

!Reklam – Yazi

“Əsəd rejimi həm İran, həm də “Hizbullah”la əməkdaşlıq etməkdə davam etsə, İsrail Suriya qüvvələrinə qarşı daha sarsıdıcı zərbələr endirməyə başlayacaq. Bu isə artıq İsrailin prosesə qarışmasına şərait yaradacaq. Lakin bütün hallarda İsrailin Suriyaya qarşı birbaşa hərbi əməliyyatlara başlayacağını zənn etmirəm. Həmin hadisə baş verməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İsrailin Suriyaya aid aviabazaya hücumu və bu zaman ona məxsus hərbi təyyarənin Dəməşq tərəfindən vurulmasına cavab olaraq yəhudi dövlətinin Əsədə qarşı daha kəskin addımlar atıb-atmayacağına dair məsələyə münasibət bildirərkən “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib:

“Suriyada vətəndaş müharibəsi və terrorçulara qarşı savaş başlayanda İsrail bu prosesə qarışmadı. Tel-Əviv bu zaman bildirirdi ki, Suriyadakı olaylar “mənim məsələm deyil”. İsrail ancaq o zaman Suriyadakı proseslərə qarışdı ki, İran, “Hizbullah” Əsədə dəstək adı ilə bu ölkədə yerləşdi və nəticədə sərhəddən Tel-Əvivin özünə problemlər yaratmağa başladı. Yalnız bundan sonra İsrail sözügedən bölgədə hərəkətə keçdi. Hətta bu zaman onlar Rusiyanı da xəbərdar etdi və İsrail ərazisinə problemlər yaradan Suriyadakı məntəqələri vurmağa başladı. Bu günlərdə Suriya ordusu tərəfindən vurulan İsrail hərbi təyyarəsi də yəqin ki, məhz bu məqsədlə havaya qalxaraq, özünə təhlükə törədən məntəqələrdəki hərbi bazaları vurmağa çalışıb. Lakin Suriya İsrailin bu addımını neytrallaşdırmağa nail olubsa, düşünürəm ki, bu Tel-Əvivi daha da qıcıqlandıracaq. Prosesin gedişi ondan xəbər verir ki, İsrail Suriyaya endirdiyi zərbələri daha da artıracaq. Bu zərbələr o zamana qədər davam edəcək ki, İran və “Hizbullah” qüvvələri Suriyadan çıxsın. Lakin hər halda İsrailin prosesin gedişində quru qüvvələrini də Suriya ərazisinə yeridəcəyini düşünmürəm. Axı bu fonda, Tel-Əvivlə Moskva arasında da vəziyyət gərginləşər ki, İsrail də bunu istəmir. Ancaq İsrail Suriyaya raket zərbələri, qırıcı təyyarələr vasitəsilə zərbələr endirməkdə davam edəcək. Hətta bu tip zərbələri bir qədər intensivləşdirə də bilər”.

Qeyd edək ki, İsrail Suriyaya məxsus Xumusda yerləşən T4 aviabazasına havadan hücum edib. Bu zaman Suriya tərəfi hücumun qarşısını alarkən İsrailə aid bir hərbi təyyarəni də vurub. Bu fonda isə İsrailin məsələyə sakit yanaşaraq üstündən keçəcəyi gözlənilmir.

ELÇİN

www.yenicag.az

3186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv