Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İsrail Suriya qoşunlarını bombaladı: iki hərbçi öldü

İsrail Hərbi Hava Qüvvələri Suriyanın hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib.

Yenicag.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, İsrailin nəzarət etdiyi Qolan təpələrinin bir hissəsinə düşən mərmilərə cavab olub.

Məlumata görə, hava zərbələri zamanı iki hərbçi həlak olub. İsrail tərəfindən xəsarət alan olmayıb.

Hərbçilər etiraf ediblər ki, Suriya tərəfindən atəşə tutulma mərmilərin təsadüfən düşməsi nəticəsində baş verib, lakin bunu İsrailin suverenliyinin qəbuledilməzi pozulması kimi qiymətləndiriblər. İsrail Hərbi Hava Qüvvələri Suriyadan buraxılmış 10-dan çox mərminin Qolan təpələrinə düşməsinə cavab olaraq atəşin aparıldığı mövqelərə hücum edib.

Qeyd edək ki, İsrail Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana zaman-zaman Suriya və Holan Təpələrindən torpaqlarına raket atıldığını irəli sürərək, İranın dəstəklədiyi “Hizbullah” qüvvələrinə və rejimə məxsus hərbi nöqtələrə əməliyyatlar keçirir. İsrail rəhbərliyi adətən bu cür hücumları rəsmi olaraq təsdiq etməkdən çəkinir.

Yenicag.az

www.yenicag.az

772
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100