Suriyanın Kuneytra vilayətinin xəstəxanası İsrail tanklarının açdığı atəş nəticəsində məhv edilib.
Yenicag.az xəbər veriri ki, bunu ölkənin dövlət telekanalı bildirib. Qeyd olunur ki, hücuma həmçinin digər obyektlər də məruz qalıb.
“Hücumun məqsədi Kuneytra xəstəxanası olub, o, bir neçə tank mərmiləri ilə məhv edilib. Hücuma həmçinin Cubata əl-Haşab rəsədxanası da məruz qalıb”, – deyə İhbariyyə telekanalı bildirib.
Vilayətin qubernatoru Hamma Dbayat bildirib ki, İsrail tankları Kuneytra istiqamətində 5 mərmi buraxıb və onların hamısı Cubata əl-Haşab meşələri ərazisində düşüb./Trend/