İsrail Suriyanın Latakiya əyalətindəki limana və hərbi obyektlərə zərbələr endirib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, vilayətin özünə ziyan dəyməyib, lakin limanın Suriya ordusunun dəniz qüvvələrinin qaldığı hissəsinə ziyan dəyib.
Agentlik əlavə edib ki, İsrailin Latakiyaya endirdiyi zərbələrdən sonra vəziyyət sakitdir. Onun sözlərinə görə, yeni hakimiyyət asayişi qoruyur.