İsrail Suriyanın sursat anbarını bombaladı

İsrail Suriyanın qərbindəki Cebla sahil şəhərindəki sursat anbarına hücum edib.

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədat” telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Suriya nəşrləri Latakiya liman şəhəri üzərində səmada partlayış səslərinin eşidildiyini bildirmişlər. Partlayış səsləri Rusiya bazasının yerləşdiyi Tartusda da eşidilib./axar.az

COP29