İsrailin müdafiə naziri İranı Əsədi aradan götürməklə təhdid edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya ətrafından yaranan gərginlik davam edir. İsrailin müdafiə naziri Liberman İranın İsrailə hücum edəcəyi təqdirdə qarşılıq veriləcəyini söyləyib. O qeyd edib ki, hər hansı təhdid halında Əsədi aradan götürəcəklər. Müdafiə naziri onu da əlavə edib ki, İsrail verdiyi qərarların arxasındadır və kiçik bir hücum cəhdində Dəməşq hökümətini devirəcək.