“İsrail-Türkiyə münasibətləri gərginliyin pik həddinə çatıb” – Haaretz

İsrail-Türkiyə münasibətləri gərginliyin pik həddinə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin gündəlik “Haaretz” nəşri yazıb.

Qəzet yazır ki, İsraillə Türkiyə arasında diplomatik münaqişədə gərginlik 7 oktyabr hadisələrindən və bunun ardınca Türkiyə hökumətinin Fələstin hərəkatını dəstəkləməsindən sonra başlayıb.

Eyni zamanda, İsrail nəşri yəhudilərin Türkiyə ilə bağlı diplomatik mübarizə üsullarına işarə edib.

“Buna baxmayaraq, İsrail “erməni soyqırımı”ndan Türkiyəyə təzyiq etmək üçün istifadə etmir. Buna qeyri-adi bir hərəkət kimi baxır”, – “Haaretz” qeyd edib.

İsrail hökumətləri Ankara ilə münasibətləri korlamamaq üçün nəsillər boyu “erməni soyqırımı” ifadəsindən qaçır.

Nəşr qeyd edir ki, bu dəfə münaqişə daha kəskindir və maraqlarına dəyə biləcək zərəri minimuma endirmək üçün İsrail təcili diplomatik müdaxilə etməlidir.

Xuraman Etibarlı

COP29