İsrail UNESCO-dan çıxdı

İsrail UNESCO-nu tərk edib.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun baş katibi Odre Azule məlumat yayıb. O, İsrailin hakimiyyət orqanlarından ölkənin təşkilatın sıralarından çıxmağı ilə bağlı bildiriş aldıqlarını açıqlayıb.

Xatırladaq ki, İsrail 1949-cu ildən UNESCO-ya daxil idi.

Oktyabrın 12-də ABŞ da UNESCO-dan çıxmasını elan etmişdi. Həmin gün İsrailin baş naziri Benyamin Netanyahu da ölkəsinin təşkilatdan çıxmağa hazırlaşdığını açıqlamışdı.