!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail və ABŞ-dən yeni müharibə PLANI: “İranı savaşa çəkmək istəyirlər”

!Reklam – Yazi

“İsrail və ABŞ çalışır ki, İranı müharibəyə çəksin”.

Bu dünyada baş verən silahlanma, Yaxın Şərqdə ehtimal olunan İsrail Hizbullah toqquşması və gözlənənləri Yenicag.az-a politoloq Yusif Bağırzadə şərh edib.

Yusif Bağırzadə bildirib ki, İsrail quru əməliyyatlarına başlamayacaq.

“Bütün gərginliklərin əsasını Rusiya-Ukrayna müharibəsi qoydu. Yaxın Şərqdə olan proseslər Rusiya-Ukrayna müharibəsinin davamıdır. Bu iki münaqişə bir-birindən asılıdır”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, Yaxın Şərqdə “Hizbullah”la İsrail arasında gərginlik hər keçən gün artır.
“İsrailin müdafiə naziri bəyanat verdi ki, “Hizbullah”a qarşı Livanda əməliyyat keçirəclər. Bu, yəqin ki, havadan hücum olacaq. Artıq İsrail tərəfi “Peycer” sisteminə kiber hücum etdi. Kifayət qədər də təsirli oldu. Düzdür, İsrail bunu öz üzərinə götürməsə də, ancaq bütün dünya mediası bunu MOSSAD-ın etdiyini bildirdi”, – deyə o vurğulayıb.

O hesab edir ki, İsrail tərəfi quru əməliyyatları etməyəcək:

“Çünki “Hizbullah”ın kifayət qədər güclü ordusu var. Onlar Suriyada döyüş təcrübəsi də qazanıblar. İsrail və ABŞ çalışır ki, İranı müharibəyə çəksin. Məsələ ondadır ki, İran bu müharibəyə qoşulmayacaq. İranın yeni prezidenti tamamilə fərqli xətt tutub. Hətta Türkiyənin də bu müharibəyə qoşulacağını gözləmirəm. Suriyanın isə bu müharibəyə qoşulma ehtimalı çox yüksəkdir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv