İsrail və Fələstin XİN başçıları Aİ Şurasına dəvət edildi

“İsrail və Fələstinin xarici işlər nazirləri Avropa İttifaqı (Aİ) Şurasının Omanda keçiriləcək iclasında iştiraka dəvət olunublar”.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

İsrail və regiondakı vəziyyəti müzakirə etmək üçün oktyabrın 10-da Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək.