İsrail və HƏMAS razılığa gəldi – Atəşkəs…

İsrail və HƏMAS Qəzzada 3 günlük atəşkəs haqqında razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu, humanitar xarakter daşıyır.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.