!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsrail və İran arasında əlaqələr bu gün də mövcuddur” – Politoloq

!Reklam – Yazi

Tehran ilə Tel-Əviv arasında məxfi münasibətlərin davam etdiyi bildirilir.

Yenicag.Az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirtdiyi brifinqdə deyib.

İsrailli politoloq Aviqdor Eskinin Ermənistana, ardınca isə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etdiyini xatırladan Əhmədoğlu onun bu davranışını müəyyən səbəblərlə əlaqələndirib:

“Bildiyiniz kimi, Aviqdor Eskin vaxtilə İsrail-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılmasına səy göstərirdi, hətta buna görə deyək ki, qonorar da alırdı. İndi isə o, mövqeyini tam dəyişib və ermənilərlə yaxınlaşıb. Bunu bəzi səbəblərlə əlaqələndirmək mümkündür.

Ola bilsin, Eskin kimlərdənsə incik düşüb, ona görə də mövqeyini dəyişib. İkinci mümkün səbəb isə budur ki, o, Lapşin məsələsinə görə İsrailin Azərbaycandan narazılığının ifadəçisi kimi çıxış edir. Üçüncü səbəb isə Azərbaycanın İran əleyhinə hazırlanan planlarda iştirak etməməsi ilə bağlı ola bilər. Eyni zamanda, bu məsələdə İsrail-Türkiyə münasibətlərinin vəziyyəti də nəzərə alınmalıdır”.

Əhmədoğlunun fikrincə, İsrailin Ermənistana yönələn bu jestləri İranın əks münasibəti ilə üzləşməyəcək və bu da səbəbsiz deyil:

“İsrail və İran arasında onilliklər boyu mövcud olmuş münasibətlər bu gün də davam edir. Açıq deyək, İsrailin ərəb dövlətləri ilə apardığı bir neçə müharibədən qalib çıxmasında İranın yardımları mühüm rol oynayıb. Doğrudur, İsrail ilə İran arasında bu açıq münasibətlər İslam inqilabına qədər olub.

Ancaq inqilabdan sonra üzdə olmasa da, bu ölkələrin əlaqələri davam edib. Bilirsiniz ki, İranın hərbi aviaparkı əsasən, ABŞ istehsalı olan təyyarələrdən ibarətdir. O baxımdan, İraqla müharibə zamanı həmin təyyarələr üçün tələb olunan ehtiyat hissələrini İran məhz İsrailin vasitəsilə əldə edib. Bu gün əlaqələrin davam etməsi barədə faktlar üzə çıxmaqdadır”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv