İsraildə 25 min hərbiçi orduya çağırıldı

İsrailin müdafiə naziri Benni Qantz cümə günü “əməliyyat məqsədləri üçün” ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Müdafiə naziri Benni Qantz ehtiyatdan 25 minə qədər hərbçinin əməliyyat məqsədləri üçün çağırılması əmrini təsdiqləyib”, – deyə açıqlamada bildirilir.

Xatırladaq ki, daha əvvəl İsrail ordusu Qəzza zolağında Fələstinin “İslam cihadı” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.