İsraildə poçt və elektrik şirkəti də daxil olmaqla, bir sıra bankların internet saytlarına kiberhücum təşkil edilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İranda təşkil edilən “Dünya Qüds Günü” yürüşü ilə eyni vaxtda ölkədəki poçt və elektrik şirkətləri daxil olmaqla, bir sıra qurumların saytlarına kiberhücum təşkil edilib.
Mediada yer alan xəbərlərə görə, qeyd olunan qurumların heç bir məlumatı ələ keçirilməyib və saytlar qısa müddətdə fəaliyyətini bərpa edib.