İsraildə faciə: Onlarla ölü və yaralı var

İsraildə keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb, 103 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, “Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, hadisə Meron dağı yaxınlığında baş verib.

Hazırda hadisə yerində qalan minlərlə insanın təxliyyəsi üçün xilasetmə əməliyyatları davam edir.

Ölkənin Baş naziri Binyamin Netanyahu hadisəni “ağır fəlakət” adlandırıb.