İsraildə həyatını itirənlərin sayı 5-ə yüksəldi

Qəzza zolağından İsrailə endirilən raket zərbələri nəticəsində daha 2 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik orqanı məlumat yayıb.

Qeyd edilib ki, Qəzzadan Lod şəhərinə atılan raketin avtomobilin üzərinə düşməsi iki nəfərin ölümü ilə nəticələnib.

Bununla da İsrail tərəfdən ölənlərin sayının 5-ə, yaralıların sayının isə 45-ə yüksəldiyi qeyd edilib.