İsraildə İran səfirliyi açılır? – Şok

screenshot_1(71)Bu gün İsrail mediası və sosial şəbəkələrinin əsas mövzuzu Tel Əvivdəki bir billboard olub. Belə ki, həmin bilboardda “Yaxında burada İran səfirliyi açılacaq. Əlaqə telefonu budur: 03-3739000” yazılıb.

Həmin nömrəyə zəng etdikdə isə, “Salam. İran səfirliyinə xoş gəlmisiniz” deyir.

Yenicag.az xəbər verir ki, bu bilboardın Yeruşalayım Bələdiyyəsi tərəfindən Beynəlxalq Sülh günü münasibəti ilə asıldığı bəlli olub. İranla dostluq əlaqəsinin qurulmasını hədəfləyən bilboard bələdiyyə və mədəniyyət nazirliyinin ortaq proyekti olub.