İsraildə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul edilib.
Yenicag.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun Likud Partiyası və müdafiə naziri Benni Qantsın liderlik etdiyi “Mavi-Ağ İttifaq” koalisiya hökümətinin 2020-ci ilin dövlət büdcəsini ölkə parlamentində təsdiq etdirə bilməməsinə görə yendən növbədənkənar parlamanet seçkiləri keçiriləcək.
Növbədənkənar seçkilərinin 2021-ci ilin mart ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, son iki ildə İsraildə keçiriləcək dördüncü növbədənkənar seçki olacaq.