İsraildə Ramazan ayında Əl-Əqsa məscidinə girişə icazə veriləcək? – AÇIQLAMA

İsrail hökuməti müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa şərait yaradacaq.

Bu açıqlama ilə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib.

Bununla belə, o qeyd edib ki, Əl-Əqsa məscidində giriş üçün müəyyən qaydalar müəyyənləşdirilib.

“İsraildə hər bir dini obyekt üçün maksimum ibadət kvotaları hazırlanıb. Eyni kvotalar Məscidül-Əqsa üçün də mövcuddur və onlara ciddi şəkildə əməl olunacaq”, – deyə D.Gendelman vurğulayıb.
O əlavə edib ki, yaxın günlərdə Məscidül-Əqsaya giriş proseduru və meyarları İsrail polisi tərəfindən ictimaiyyətə açıqlanacaq.

Mənbə: TASS