İsrailin Təl-Əviv şəhərində silahlı hücum təşkil edənlərdən birinin kimliyi məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə “News Israel” məlumat yayıb.
Bildirilib ki, terrorçunun atası Fələstin adminstrasiyasında təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti və “Fəth”in silahlı qanadı “Əl-Aksa əzabkeşlər briqadasının” liderlərindəndir.
Bildirilib ki, aprelin 7-də terror aktı törədən və aprelin 8-də Yaffoda zərərsizləşdirilən 28 yaşlı Raed Xazemi Fələstinin Cenin şəhərindəki məsciddə şəhid elan edilib. O, Cenində yaşayırmış. Sosial şəbəkədə onun fotosu yayılıb.
İsrailin Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) bildirilib ki, onun terrorçu təşkilatlardan birinə məxsus olması barədə məlumat yoxdur. O, əvvəllər ekstremist fəaliyyətlə məşğul olub, amma həbs edilməyib. Raed Xazemi İsrail ərazisinə qanunsuz olaraq keçib.
Qeyd edək ki, aprelin 7-də İsrailin paytaxtı Təl-Əvivdə Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində terror aktı törədilib. Hadisə nəticəsində azı 2 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
“The Jerusalem Post”in məlumatına əsasən, polis hesab edir ki, atəş açanların sayının bir neçə nəfərdir. Hazırda polis və hərbi hissələr atışmanın baş verdiyi Dizenqof küçəsində, eləcə də ətraf ərazilərdə axtarış aparır.