“İsraildə yaşayan doğmalarımla daim əlaqədəyəm, vəziyyət çox ağırdır” – Novella Cəfəroğlu

“Quran”ı ən azı bir dəfə oxuyan şəxs həyatı böyü belə vəhşiliklərə əl atmaz”.

Bu fikirləri ailə üzvləri İsraildə yaşayan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, terror qorxusu ilə yaşamaq çox dəhşətlidir və heç kəs arzuedilməz hadisələrdən sığortalanmayıb:

“Paytaxt Tel-Əvivdə yaşayanlar çox əziyyət çəkirlər. İnsanlar yaşadıqları ərazilərə hər an raket düşə biləcəyi qorxusu ilə yaşayırlar. Bir çox insan hətta sığınacaqlara getməyə belə qorxur.

İsraildə yaşayan doğmalarımla daim əlaqədəyəm, vəziyyətin çox ağır olduğunu deyirlər. Yaralılar həddən artıq çoxdur. Hərbi xidmətdə olan yaxınlarımdan isə heç bir məlumat yoxdur.

İnsanlıq əleyhinə olan terrorizmə son qoymaq lazımdır. Terror qorxusu ilə yaşamaq çox dəhşətlidir. Heç kəs arzuedilməz hadisələrdən sığortalanmayıb. Böyük dövlətlərin oyununa gələn kiçik ölkələr hər zaman ağrı-acı çəkməyə məhkum ediliblər.

Hər iki tərəfdən dəhşətli dərəcədə çox sayda ölü və yaralılar var. HƏMAS-ın terror hücumu nəticəsində nə qədər uşaq, qadın, yaşlı insan həlak olub. “Allahu-Əkbər” qışqırıb qarşısına keçəni öldürərək dinimizi biabır edirlər. Dünyanın ən gözəl dini olan İslama ləkə salmaq olmaz.

Orada Xocalı Soyqırımı eynilə təkrarlanır. Yaşlı, qadın, uşaq demədən hər kəs öldürülür. “Quran”ı ən azı bir dəfə oxuyan şəxs həyatı böyü belə vəhşiliklərə əl atmaz. Müharibənin də qayda-qanunu olmalıdır. Kişi kişi ilə müharibə aparmalıdır, daha qadınlarla, uşaqlarla yox”.

Nəsimi Ələsgərli

COP29