İsrail Baş naziri Binyamin Netanyahu İranın Qırmızı dənizdə yerləşən strateji boğazlarından biri olan “Bab Əl Məndəb”i bağlamaq cəhdlərinə sərt qarşılıq verib.
Yenicag.az xəbər verir ki, ölkənin şimalındakı “Hayfa” dəniz bazasında, zabitlərin məzuniyyət mərasimində danışan Netanyahu İranın boğazı bağlamağa cəhd edəcəyi təqdirdə koalisiya ilə qarşı-qarşıya qalacağını bildirib: “İranın “Bab Əl Məndəb”i bağlamağa çalışsa, qarşısında buna mane olacaq güclü bir beynəlxalq koalisiya tapacağına əminəm. Bu koalisiyanın içində İsrail də olacaq”.
Lakin İsrail Baş naziri koalisiyanın tərkibində başqa hansı ölkələrin olacağı barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, sözügedən boğaz İsrail üçün çox əhəmiyyətli strateleji rola malikdir.
Xatırladaq ki, ötən həftə İranın dəstəklədiyi “Husilər hərəkatı”nın üzvləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına aid iki neft daşıyan gəmiyə hücum etmişdi. Bu hadisədən sonra İran İnqilab Ordusu komandiri Süleymani “Qırmızı dəniz artıq ABŞ üçün etibarlı deyil” şəklində bəyanat vermişdi.