İsraildən Qüdslə bağlı yeni qərar

ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra İsrail hökuməti şəhərlə bağlı yeni qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə yəhudi nazir Yoav Qalant jurnalistlərə açıqlamasında bildirib. Qərara görə, şərqi Qüdsdə 7 min yeni bina inşa olunacaq.

Qeyd edək ki, həmin hissə Fələstin və İsrail arasında münaqişəli bölgə hesab olunur.

COP29