İsrailin enerji naziri Yuval Steinitz Bəşər Əsədlə bağlı sərt bəyanatla çıxış edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Bəşər Əsədi ölümlə təhdid edib. O bildirib ki, İran Suriya torpaqları üzərindən İsrailə hücum edərsə, Suriya prezidenti öldürüləcək və rejim süquta uğradılacaq:
“İndiyə qədər İsrail Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməyib. Əgər Bəşər Əsəd Suriya torpaqlarından istifadə üçün İrana icazə verərsə, İsrail onu sıradan çıxararaq rejimi devirəcək”.